Klublararası DÇ: “İnter Mayami” “Portu”nu məğlub edib
ABŞ-nin “İnter Mayami”si klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Portuqaliyanın “Portu” komandasını 2:1 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, qarşılaşma ABŞ-nin Corciya ştatının Atlanta şəhərində keçirilib.
Qalib komandanın heyətində qolları Telasko Seqoviya (47-ci dəqiqə) və Lionel Messi (54) vurub. “Portu”nun heyətində isə Samu Aqehova (8, penaltidən) fərqlənib.
Messi karyerası ərzində cərimə zərbəsindən birbaşa 68-ci qolunu vurub. Argentinalı hücumçu 2023-cü ilin iyulundan çıxış etdiyi “İnter Mayami”nin heyətində 50-ci dəfə fərqlənib. Ötən mövsüm Messi MLS-in müntəzəm çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.
Mənbə: Report.Az