İDMAN

Doqquz ildən sonra NBA-da final seriyasının yeddinci oyunu keçiriləcək

Milli Basketbol Assosiasiyasında (NBA) doqquz ildən sonra final seriyasının yeddinci oyunu keçiriləcək.

“Report”un məlumatına görə, buna “İndiana”nın altıncı matçda “Oklahoma”nı məğlub edərək (108:91) seriyada hesabı bərabərləşdirməsi səbəb olub – 3:3.

NBA-da final seriyasında yeddinci oyun sonuncu dəfə 2016-cı ildə gerçəkləşib. Həmin vaxt “Klivlend” “Qolden Steyt”ə qalib gələrək (93:89) çempion olub.

Qeyd edək ki, “İndiana” və “Oklahoma” arasında finalın yeddinci, həlledici qarşılaşması iyunun 23-də, Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir