SİYASƏT

Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında səfərdədir

Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib.

“Report” xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib.

Nümayəndə heyətinə təxminən 100 diplomat daxildir.

Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq, eləcə də Laçın rayonunda inşa edilmiş yeni beynəlxalq hava limanına baxmaq imkanı əldə ediblər.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir