DÜNYA

Misir XİN avropalı diplomatları İranla dialoqa çağırıb

Misirin xarici işlər və miqrasiya naziri Bədr Əbdülati Fransanın xarici işlər naziri Jan-Noel Barro və Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellə telefon danışığı zamanı İran və İsrail arasında münaqişənin gərginləşməsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Misirli nazir qeyd edib ki, Böyük Britaniya, Almaniya və Fransa arasında xarici siyasət və təhlükəsizlik sahəsində əməkdaşlığa dair qeyri-rəsmi razılaşma “deeskalasiyaya töhfə verəcək kompromislərə nail olmaq üçün İran tərəfi ilə dialoq kanalları”nın açılmasını nəzərdə tutur.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir