İDMAN

Klublararası dünya çempionatının oyunu əlverişsiz hava şəraiti səbəbindən yarımçıq qalıb

Klublararası dünya çempionatında qrup mərəhləsinin II turunda qarşılaşan Braziliyanın “Palmeyras” və Misirin “Əl-Əhli” klublarının oyunu pis hava şəraiti səbəbindən yarımçıq qalıb.

“Report”un məlumatına görə, ABŞ-də baş tutan A qrupunun görüşü ikinci hissədə dayandırılıb və “Palmeyras” hesabda 2:0 öndə olub.

Qeyd edək ki, daha əvvəl “Paçuka” (Meksika) və “Zalsburq” (Avstriya) klubları arasında reallaşan I turun matçı əlverişsiz hava səbəbindən yarımçıq saxlanılıb. “Ulsan” (Cənubi Koreya) – “Mamelodi Sandaunz” (Cənubi Afrika) matçı isə tufana görə 1 saat ləngiyib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir