İDMAN

Kilian Mbappe xəstəxanaya yerləşdirilib

İspaniyanın “Real” (Madrid) komandasının fransalı hücumçusu Kilian Mbappe xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçuya kəskin qastroenterit diaqnozu qoyulduğu bildirilir. Hazırda ABŞ-də olan Madrid təmsilçisi klublararası dünya çempionatında iştirak edir. Mbappe ilk turda, Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivinə qarşı keçirilən matçda (1:1) soyuqdəymə səbəbindən meydana çıxmayıb.

Qeyd edək ki, forvard ötən mövsüm “Real”ın heyətində 56 matçda 43 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir