BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Təcrübə proqramını uğurla başa çatdırmış tələbələrə sertifikat və kiçik hədiyyələr təqdim olunub”

Bələdiyyə sədri: “Təcrübə proqramını uğurla başa çatdırmış tələbələrə sertifikat və kiçik hədiyyələr təqdim olunub”

“Tələbələrə təcrübəmizi paylaşmaqla özümüzə kadr hazırlığı həyata keçirdik”- bu fikirləri Sabunçu rayonu, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov bildirib. 

Sədrin sözlərinə görə,  Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tələbələri 01 may 2025 – dən 07 iyun 2025 tarixinə qədər Bakıxanov bələdiyyəsi idarəsində təcrübə proqramı keçmişlər. 

Təcrübə proqramı çərçivəsində tələbələr müəssisənin strukturu və fəaliyyəti ilə tanış olmuş, fiziki şəxslərdən əmlak və torpaq vergisinin hesablanma qaydası, vergi öhdəlikləri, vergitutması prinsipləri və funksiyalarının tətbiqi qaydalarına yiyələnmişlər. 

Sonda təcrübə proqramını uğurla başa çatdırmış 16  tələbəyə Bakıxanov bələdiyyəsi tərəfindən sertifikat və kiçik hədiyyə təqdim olunmuşdur.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir