BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “SMS-bildirişin istifadəyə verilməsi vergi-uçot sisteminin təkmilləşdirilməsinə və çevikliyinə şərait yaradıb”

Bələdiyyə sədri: “SMS-bildirişin istifadəyə verilməsi vergi-uçot sisteminin təkmilləşdirilməsinə və çevikliyinə şərait yaradıb”

“Məqsədimiz sakinlərə gösətrilən xidmət səviyyəsini günü-gündən artırmaqdır”- bu fikirləri Quba rayonu Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev deyib.

Daha sonra sədr qeyd edib ki, hər bir vətəndaş müraciəti diqqətdə saxlanılır və həlli ilə bağlı adımlar atılır. Məhz bu müraciətlərin nəticəsi idi ki,  sədr olaraq ilk dəfə seçilən zaman bələdiyyə ərasində mövcud olan 8 qəbiristanlığın abadlaşdırılması, su xəttinin çəkilməsi, talvarların tikilmısi və cənazə daşıyan məhfələrin alınması barədə qərarlar qəbul edilib.

Hazırda blədiyyədə vergi uçot-sistemini qənaətbəxş hesab edən  sədr bildirib ki,  BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və SMS -bildirişin istifadəyə verilməsi vergi-uçot sisteminin təkmilləşdirilməsinə və çevikliyinə şərait yaradıb. Məhz bu səbəbdən  2024- cü ilin müvafiq dövrü ilə müqayisədə hazırda 15 faiz artım müşahidə olunur.

Bələdiyyə büdcəsinə əlavə vəsait daxil olması üçün və əhaliyə xidmət səviyyəsini artırmaq məqsədi ilə bələdiyyə tərəfindən bir ədəd özüboşaldan avtomobil alınıb.

Bələdiyyə iclaslarında vətəndaş müraciətləri ilə yanaşı həlli vacib məsələlərin müzakirə olunduğunu qeyd edən sədr, sonuncu bələdiyyə iclasında bələdiyyəni əhatə edən 6 kənddə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq  vətəndaşlara məxsus pay torpaqları və əkin sahələrinə gedən yolların təmiri və hamarlanması məsələsi müzakirə  olunub.

Bələdiyyələrin inkişafı ilə bağlı sədr bir sıra təklifləri də bildirməyi unutmadı. Bu sırada  vergi  tariflərinə yenidən baxılması, notariuslarda bələdiyyələrə borcu olan vətəndaşların alqı- satqısı zamanı borcun tələb edilməsi, bələdiyyələrin iş və xidmətlərin alınması zamanı ƏDV dən azad olunması məsələsi da vardır. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir