İDMAN

Argentina klubunun futbolçuları 4 oyunluq diskvalifikasiya ediliblər

Argentinanın “Boka Xuniors” klubunun futbolçuları Nikolas Fiqal və Ander Errera Klublararası Dünya Çempionatında “Benfika” (Portuqaliya) ilə oyundan sonra 4 oyunluq cəzalandırılıblar.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, A.Errera 20-ci dəqiqədə zədə səbəbindən əvəzlənsə də, birinci hissənin sonunda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

N.Fiqal isə 88-ci dəqiqədə rəqibə qarşı kobud qayda pozuntusuna görə meydandan qovulub.

Argentina klubunun sanksiyalarla razılaşmadığı və qərardan apellyasiya şikayəti vermək niyyətində olduğu vurğulanır.

Qeyd edək ki, C qrupunda “Boka Xuniors”la “Benfika” arasında baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir