İDMAN

UEFA-nın dəstəyi ilə Bakıda D kateqoriyalı məşqçi kurslarına start verilib

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.

“Report” xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən kursa 30 nəfər cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir