BƏLƏDİYYƏ

Seymur Rəsulov: “Hər bir sədr  rəhbəri olduğu bələdiyyənin inkişafına öz töhfəsini verməyə borcludur”

Seymur Rəsulov: “Hər bir sədr  rəhbəri olduğu bələdiyyənin inkişafına öz töhfəsini verməyə borcludur”

“Bu gün bələdiyyə ərazisində faktiki olan sənədsiz əmlakın sənədləşdirilməsi həyata keçirilmiş olsaydı,  yəqin ki, büdcəmiz iki dəfədən çox artmış olardı”- bu fikirləri Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli ilə görüşdə deyib.

Sədr qeyd edib ki, kollektiv üzvləri ilə ilk görüşdə hər bir bələdiyyə qulluqçusunun fəaliyyətinə hörmətlə yanaşdığını bildirməklə, bundan sonra işə daha çox diqqət etməli olduqlarını bildirib. Və bu gün kollektivdə hər kəs iş başındadır və büdcə gəlirinin artması, bələdiyyənin inkşafı üçün hər biri öz töhfəsini verməkdədir. 

Sözsüz ki, büdcə gəlirimiz artarsa həm qəsəbədə həyata keçirəcəyimiz layihələrin  həcmi, həm də əməkhaqqları artar. 

Ötən il bələdiyyə büdcəsinin həcmi 174 min manatı keçmişdi. Cari ildə isə hədəfimiz bu məbləğı yüz faiz artırmaqdır. 

Sədr əlavə etdi ki, fevral ayından bu günə (P.S. söhbət 13 iyunda olub) bu məbləğin 60 faizindən çoxu artıq əldə olunub. Bu templə getsək yəqin ki, məqsədimizə çatacağıq.

BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunmasının bələdiyyə büdcəsinə müsbət təsir etdiyini qeyd edən sədr bildirdi ki, artıq cari ildə qəsəbənin bağlar massivində 1300-ə yaxın çıxarışı əldə etmək imkanımız olub. Məhz bu çıxarışlar hesabına bildirişlərin böyük bir qismi artıq paylanılıb. Bu günlərdə bələdiyyə olaraq  BAMS-ın SMS xidmətinə qoşulacağıq. Düşünürük ki, məhz bu xidmətdən istifadə büdcə gəlirlərimzin əsaslı artımına səbəb olacaqdır. 

Belə düşünmək olar ki, BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasıya edilməsi bələdiyyənin büdcə gəlirlərinə müsbət təsir etməkdədir. İnteqrasiya həm operativliyi, həm də bələdiyyənin vergi xidmətinin məsuliyyətini artırıb.

Sədr onu da əlavə etdi ki, bu gün BAMS-da 8500 vergi ödəyicisi qeydiyyata alınıb. Bu rəqəmin 3000-nin çıxarışı var. Və onların hər biri vergiyə cəlb olunub. Lakin  qəsəbənin potensialı böyükdür. 

Bugün bələdiyyədə qurulmuş vergi-uçot sitemi təkmilləşdirilir.  Qonşu bələdiyyələrlə hər hansı problemin yaşanmadığını qeyd edən Seymur Rəsulov onlarla mehriban qonşuluq şəraitində yaşadıqlarını bildirib.

Bu gün Hövsan  bələdiyyəsi Türkan, Yeni Suraxanı, Əmircan, Zığ, Qaraçuxur və Binə bələdiyyələri ilə həmsərhəddir.

Hazırda vergi xidmətinin əsas məqsədi vergi ödəyiciləri ilə maarifləndirmə işinin düzgün şəkildə, qanunvericiliyin verdiyi imkanlar çərçivəsində aparmaqdır.  Artıq bu istiqamətdə ciddi işlər aparılmaqdadır. 

Vətəndaş müraciətlərinə toxunan sədr bizimlə söhbətində maraqlı bir məqama toxundu: 

– Vətəndaş bəzən bələdiyyəyə  hansısa məsələyə görə müraciət edir. Biz komissya təşkil edib, qaldırılan məsələyə yerində aydınlıq gətirmək məqsədi ilə əraziyə baxış keçiririk.  Və sakinlərə ilk müraciətimiz isə  onların  vergi ödəməsi ilə bağlı olur.  Bugün vergi xidmətinin apardığı təbliğatın nəticəsidir ki, bir çox hallarda sənədi olmayan vətəndaşlarda könüllü şəkildə vergi ödəmək istəyində olurlar.  O ərazidə ki, sakinlər vergi ödəməyə maraqlıdırlar sözsüz ki, bizdə bələdiyyə olaraq edilən müraciətə daha diqqətlə yanaşıb maliyyə imkanları çərçivəsində problemin həllinə çalışırıq… 

Bələdiyyə sədri ilə söhbətmiz bir xeyli çəkdi. Əslində mən söhbətin bu qədər uzun çəkəcəyini və sədrin bu qədər hazırlıqlı olacağını gözləmirdim. Bələdiyyə sahəsində qaldırdığım hər bir mövzuya Seymur Rəsulovun öz mövqeyinin olması məndə xoş təəsürüat yaratmış oldu.  Əvvəlki illərdə bələdiyyədə formalaşmış ənənəyə sadiq qaldığını və əsas məqsədi isə bələdiyyənin qəsəbədə nüfuzunun daha da artmasına çalışması hər halda diqqətimdən yayınmadı. 

Gələcəkdə dayanıqlı maliyyə mənbəyinin yaradılması fikrinin olması, qəsəbədə məhəllədaxili yollarda, habelə məhəllələrdə mövcud  problemlərin aradan qaldırılması məsələsinin gündəmdə saxlaması hər halda sədrin düzgün yolda olmasından xəbər verir.

Sonda söylədyi fikir isə sanki söhbətimizə bir yekun vurdu: “hər bir sədr, rəhbəri olduğu bələdiyyənin  həm də vergi müfəttişi  olmalı, onun kimi çalışmalı və bələdiyyənin inkişafına öz töhfəsini verməyə borcludur.”

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir