Luiza Holk: Milli insan hüquqları institutları beynəlxalq öhdəliklərə uyğunluğun təminatında vacib rol oynayırlar
Milli insan hüquqları institutları insan hüquqlarının effektiv implementasiyasında, hərkəsin səsinin eşidilməsində, habelə siyasətlərin beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunluğunun təmin edilməsində vacib rol oynayır.
“Report” xəbər verir ki, bu sözləri Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) sədri (videomüraciət) Luiza Holk bu gün keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.
O bildirib ki, bu simpoziumun adı bilavasitə olduqca vaxtlı və aktual mövzuya həsr edilib.
“Hazırda biz hamımız insan hüquqlarının və qanunun aliliyinə qarşı təzyiqlərin artdığı bir vaxtda fəaliyyət göstəririk. Qarşıdan gələn illər daha da çətin olacağı görünür və Milli insan hüquqları institutları bu gün olduqca mühüm bir məknda toplaşmışlar.
Milli insan hüquqalrı institutları əsas insan hüquqları problemləroini müəyyən edir və onlara qarşı vaxtında effektiv cavab tədbirlərinin görülməsini, habelə uzun müddətli dayanıqlı insan hüquqlarına əsaslanan həlli yollarının tapəllmasını təmin və təşviq edir.
Avropa Şurası Milli insan hüquqlrı istitutlarını insan hüquqları, demokratiya, qanunun aliliyinin təminində əsas rıçaq (sütun) olaraq tanıyır. Ombudsman İnstitutlarının Avropa Şəbəkəsi olaraq qanunun aliliyinin getdikdə azaldıığını görürük. 2020-ci ildən bizim institutumuz qanunun aliliyi sahəsində hesabatlılığı təmin edir. Bizim üzv ölkələr öz ölkələrində qanunun aliliyinə dair vəiyyəti monitorinq edərək bu haqda hesabatlarını bizə təqdim edirlər.
Bu hesabatlar çox mühüm mövzuları məhəkəmə hakimiyyətinin müstəqilliyi, medianın müstəqilliyi, məhkəmə qərarlarının implementasiyası kimi mövzuları əhatə edir. Bu hesabatlar vasitəsilə Ombudsman İnstitutlarının Avropa Şəbəkəsi regional və trendləri və hesabatları müəyyən edir və Avropa səviyyəsində konkret tövsiyələrini irəli sürür”.
MƏLUMAT YENİLƏNİR
Mənbə: Report.Az