BƏLƏDİYYƏ

Kamandar Zeynalov: “Məqsədimiz seçicilərimizə  yüksək  səviyyədə xidmət göstərməklə vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır”

Kamandar Zeynalov: “Məqsədimiz seçicilərimizə  yüksək  səviyyədə xidmət göstərməklə vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır”

“Bu
gün Bilgəh bələdiyyəsinin hər hansı bir quruma borcu yoxdur. DSMF və əməkhaqqları
ilə bağlı ödənişlər  vaxtlı-vaxtıda həyata
keçirilir. Gələcəkdə  borcun olmaması və
seçicilərin müraciətlərini vaxtında həyata keçirmək üçün bələdiyyənin 11 nəfərlik
üzvü və bələdiyyə qulluqçuları ciddi cəhdlə çalışır”- bu fikirləri  Belediyye.infoya Sabunçu rayonu Bilgəh bələdiyyəsinin
sədri Kamandar Zeynalov bildirib.

Sədr qeyd
edib ki, bildirişləri vergi ödəyicilərimizə çatdırsaq da bir çox hallarda
sakinlər məsuliyyətlə buna yanaşmır və nəticədə bələdiyyəyə ödənilməli olan vergi
yığılmamış qalır. Odur ki, yeniənmiş BAMS proqramının verdiyi imkandan
yararlanmaqla bu istiqamətdə qarşılaşdığımız problemi həll etməyə çalışırıq.
Hazırda bələdiyyə ərazisində  beş mindən
artıq vergi ödəyicimiz var. Ümumi vergi ödəyicilərin dörd  minə yaxın hissəsinin çıxarışı var ki,
onlardan da yalnız  2800-ə yaxın hissəsi
yerli vergiləri  vaxtında ödəyir.

Odur
ki, vergi xidmətinin əməkdaşları mütəmadi olaraq sakinlərlə görüşlər keçirir və
ən əsası onlara verginin ödənməsinin vacibliyi vurğulanır. 

Hazırda
bələdiyyə  inzibati binasının inşasını həyata
keçiririk. Məqsədimiz seçicilərimizə daha yüksək  səviyyədə xidmət göstərməklə vətəndaş məmnunluğunun
təmin edilməsinə çalışmaqdır.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir