Nizami bələdiyyəsi tərəfindən həm qurban payı paylanılıb, həm də Reabilitasiya mərkəzi ziyarət edilib
Nizami bələdiyyəsi tərəfindən həm qurban payı paylanılıb, həm də Reabilitasiya mərkəzi ziyarət edilib
“Nizami bələdiyyəsi ənənəvi olaraq “Qurban bayramı” münasibəti ilə qazi ailələrinin bayramını təbrik edərək onlara bayram sovqatı təqdim edilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Vüqar Quliyev bildirib.
Sədr bildirib ki, bununla bağlı bələdiyyə iclasında qəbul edilmiş qərara əsasən bayram öncəsi bir sıra layihələrin icrası həyata keçirilib.
Həm Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi qayğı ilə yanaşaraq onlara Qurban payı paylanılmış, bundan əvvəl isə bələdiyyənin sədr müavini Yeganə Ziyad qızının iştirakı ilə Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzi ziyarət edilib.
Sədr bildirib ki, ziyarətin məqsədi Nizami bələdiyyəsinin əməkdaşları tərəfindən daun sindromlu uşaqlarla maraqlı bir gün keçirmək, uşaqların əhval-ruhiyyəsini yüksəltmək, onlara qayğı və sevgi göstərərək simalarında təbəssüm yaratmaq olub.
Görüşdən sonra bələdiyyə tərəfindən alınmış hədiyyələr uşaqlara paylanılmışdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/