GÜNDƏM

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin GİZLİ TƏRƏFLƏRİ – ŞƏRH

Artıq 5 gündür ki, İsrail-İran savaşı başlayıb. Hərçənd bir çox ölkələr bu müharibənin başlayacağına ümid etmirdi və düşünürdülər ki, bütün bu açıqlamalar yalnız söz xətrinə deyilir. Məlum olduğu kimi İsrail, ABŞ və İran daim qarşılıqlı şəkildə bir-birilərinə qarşı ultimatumlar göndəriblər.

Hamı düşünürdü ki, ABŞ lideri Donald Tramp tezliklə bu müharibəni dayandıracaq, lakin Tramp bu günkü açıqlamasında bildirdi ki, İran hələ ki, mən deyənlə razılaşmır, ona görə də hücumlar davam edəcək.

Maraqlıdır görəsən, İran bu müharibədə köməksiz qalıb, yoxsa, böyük ölkələrdən dəstək gəlir? Hansı ölkələr İrana kömək edə bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

İsrail İran savaşı kifayət qədər ciddi, həm də geopolitik savaş anlamına gəlir. Baxmayaraq ki, İranın tərəfdaşı olan strateji ölkələr hələ ki, İrana açıq şəkildə dəstək verməyiblər. Söhbət Rusiya, Çin və digər ölkələrdən gedir. Hazırda faktiki olaraq İsrail Amerikanın dəstəyini arxasına alıb. Eyni zamanda dünən G7-lərin toplantısında da verilən bəyənatda İsrailin mövqeyi müdafiə olunub və İran terrorçu dövlət adlandırılıb. Məhz bu baxımdan götürdükdə hazırda həm hərbi, həm siyasi, həm diplomatik, həm də informasiya üstünlüyünü görməkdəyik. İranda isə bu tamamən fərqlidi. Bunun əsas səbəblərindən biri, rejimin mahiyyəti ilə bağlıdır. Məhz İranın son 35-40 ildə bölgədə xüsusi ilə də qonşuları ilə münasibətləri heç də şəffaf və konstruktiv olmadı. Əksinə, İran bu və digər formada həmin ölkələrin daxili işlərinə qarışmağa çalışdı, onların ərazilərində öz proksi qüvvələrini yaxud da döyüş şəbəkəsini yaratmağa çalışdı ki, bu da İranı yalnızlaşdıran amillərdən biridir. Digər tərəfdən İrandakı molla rejimi mövcud olduğu dövrdən dünyanın müxtəlif bölgələrində terrorçu təşkilatların terror fəaliyyətinə dəstək vermələri də İranın beynəlxalq səviyyədə imicinə olduqca mənfi təsir edən amildir. Bu baxımdan hazırda İrana hesab etmirəm ki, hansısa dövlət açıq və konkret şəkildə dəstək verir, yaxud verəcək. İrana ən yaxın olan ölkələr belə, məsələnin hərbi yox, danışıqlar vasitəsi ilə həllindən yana olduqlarını bəyan ediblər.

Aytən Yaşar/ Turkustan.az









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir