Bakıda bu binalar söküləcək – ÜNVANLAR
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Archico Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Turkustan.az “Banker.az”-a istinadən xəbər verir ki, müqavilədə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 7 717 manatdır.
Bakı şəhəri Binəqədi rayonu, Dəmiryol küçəsi, ev 19 ünvanında yerləşən, Ağa Nemətulla küçəsi, ev 13 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binanın söküntü işlərinin təşkili ilə əlaqədar layihə-smeta sənədləri hazırlanacaq. /cebheinfo.az/
Mənbə: Turkustan.Az