BƏLƏDİYYƏ

 Şüvəlan bələdiyyəsində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib 

 Şüvəlan bələdiyyəsində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib 

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı”çərçivəsində Xəzər rayonu   Şüvəlan bələdiyyəsində kollektiv üzvlərinin iştikaı ilə iclas  keçirilib”- bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.  

İclasın gedişi  zamanı bələdiyyə tərəfindən  insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçiriləcək fəaliyyətlər, sosial maarifləndirmə təşəbbüsləri və ictimai məlumatlandırma mexanizmləri müzakirə olunub. 

Tədbirdə, xüsusilə vətəndaşların hüquq düşüncəsinin gücləndirilməsi, hüquq mədəniyyətinin təşviqi, bərabərlik və ayrıseçkiliyin yolverilməzliyi prinsiplərinin ictimaiyyətə çatdırılması istiqamətində görüləcək tədbirlər üzrə fəaliyyət planı müəyyən edilib.

Bu çərçivədə sosial şəbəkə üzərindən paylaşımlar, maarifləndirici vizual materialların hazırlanması, sakinlərlə birbaşa təmasda hüquqi maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulur.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir