BƏLƏDİYYƏ

Sumqayıt bələdiyyəsində sədr dəyişikliyi baş verib

Sumqayıt bələdiyyəsində sədr dəyişikliyi baş verib

Bu ilin fevralında  formalaşmış Sumqayıt bələdiyyəsində sədr dəyişikliyi baş verib.

Bundan əvvəl bələdiyyə sədri işləmiş Orxan Adıgözəlzadə öz ərizəsi ilə  bələdiyyə sədrliyin azad edilib.

Ötən beşinci gün keçirilən bələdiyyə iclasında Orxan Adıgözəlzadə bələdiyyədə  fəaliyyətini  sədr müavini kimi davam etdirəcəkdir.  

Bələdiyyə iclasında sədr vəzifəsinə  seçki prosesi vaxtı on doqquz üzv sırasında birinci yeri tutan  Xudadatov Adil Şirindil oğlu seçilib. 

Adil Xudadatov  bələdiyyə seçkilərinə qatılmamışdan əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Orxan Adıgözəlzadə isə 44 günlük “Vətən müharibəsi” iştirakçısıdır. O, “Şuşanın azad olunmasına görə,” Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə ” və” Vətən müharibəsi iştirakçısı “medalları ilə təltif edilib.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir