BƏLƏDİYYƏ

Çuxurzəmin kəndində məktəblilərlə görüş keçirilib

Çuxurzəmin kəndində məktəblilərlə görüş keçirilib

“Şabran rayonu, Pirəbədil bələdiyyəsinin ərazisinə aid olan Çuxurzəmin kəndi məktəbində “Son zəng”lə bağ məktəblilərlə görüş keçirilib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev bildirib. 

Tədbirdə iştirak edən məktəb direktoru və qonaqlar məktəbliləri və məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış, habelə  əldə olunan naliyyətlərdən və uğurlardan danışılıb.

Tədbirdə iştirka edən Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev məzunlara ürək sözlərini bildirib. Bələdiyyə sədri dövlətimizin təhsilə göstərdiyi qayğı və diqqətdən danışaraq, kənd bələdiyyəsi olaraq maliyyə imkanları çərçivəsində təhsilin inkişafına maraqlı olduqlarını bildirib. 

Tədbirdə iştirak edən Şabran RİH-in şöbə müdiri Rasim Məmmədov genişməzmunlu çıxış edib.

Tədbir məktəbin məzunlarının hazırladığı maraqlı çıxışlarla davam edib.

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir