Bələdiyyə sədri: “Ərazimizdə yaşayan 160 ailəyə qurban payı paylanmışdır”
Bələdiyyə sədri: “Ərazimizdə yaşayan 160 ailəyə qurban payı paylanmışdır”
“Bu gün İslam aləminin ən əziz və müqəddəs günlərindən biri Qurban bayramı qeyd olunur. Müqəddəs Qurani-Kərimdə bu bayram Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib”- bu fikirləri Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədr qeyd edib ki, Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Şabran rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bələdiyyə ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələrə 160 ailəyə qurban payı paylanmışdır.
Bayram payı alan sakinlər kəsilən qurbanların qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və ölkəmiz üçün xeyir, bərəkət, bol ruzi gətirməsini arzulamış, onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/