DİASPOR

YAP rəsmisinin Türkiyə portalında 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı məqaləsi dərc olunub

Türkiyənin nüfuzlu “Enphaber.net” portalında 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub. “Qurtuluş tarixi” adlı məqalənin müəllifi YAP Nəsimi rayon təşkilatının əməkdaşı Mətanət Səfərlidir. Müəllif məqalədə 1993-cü ildə Azərbaycan xalqının qurtuluş yolunu Ulu Öndər Heydər Əliyevin simasında gördüyünü qeyd edib. Yazıda 15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox dəyərli bir gün olduğu vurğulanıb: “Bu gün həm də Azərbaycan xalqının və Azərbaycan Respublikasının ölüm-dirim mübarizəsinin tarixidir. Vətənini, xalqını sevənlər üçün 15 iyun əsl qurtuluş tarixidir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı dövlətimizə böyük fayda verdi. Bu, tarixi dönüş idi. Azərbaycanın dövlətimizin və millətimizin qurtuluşunda fövqəladə əhəmiyyəti var. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə xaos, anarxiya aradan qaldırıldı. Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsinin qarşısı alındı”.

Məqalədə bu gün müstəqil Azərbaycanın idarəçiliyinin Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi bildirilib: “Regionun lider ölkəsi statusu qazanmış Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus yerə malikdir. Azərbaycanda dinamik inkişaf davam edir, irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycana investisiyalar ildən-ilə artır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası sürətli sosial-iqtisadi inkişafa nail olmuşdur. Azərbaycana qələbə gətirən lider kimi cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ideyaları işığında yüksək zirvələri fəth edir”.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.enphaber.net/yazarlar/metanet-seferli/kurtulus-tarihi/346

 

Mənbə: Diaspornews.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir