Vəndam qəsəbəsində “Son zəng” keçirildi
Vəndam qəsəbəsində “Son zəng” keçirildi
“Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov bu gün keçirilən “Son zəng” tədbirlərində iştirak edib”- bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda bildirilir ki, şəhid Eldəniz Mehdiyev adına Vəndam 1 saylı orta məktəbdə təşkil edilən tədbirdə məzunlar, valideynlər, şəhid ailələrinin nümayəndələri və müəllimlər qarşısında çıxış edən bələdiyyə sədri Asif Həşimov ölkəmizdə təhsilin inkişafına verilən dövlət dəstəyindən, Vəndam 1 saylı orta məktəbin uğurlarının ölkə hüdudlarını aşmasından geniş danışıb.
Çıxışının sonunda beynəlxaq “Bil-Bacar” yarışmasında 1-ci yer tutan məktəbin 9- cu sinif şagirdi Banu Eyyubluya bələdiyyənin yekdil qərarı ilə ayrılmış gül dəstəsi və pul mükafatını təqdim edib.
Bələdiyyənin kollektivi inanır ki, qəsəbənin hər üç orta məktəbində “Son zəng gün”ü keçirilən görüşlərdə sədr Asif Həşimovun tövsiyələri məzunların yaddaşında silinməz izlər buraxacaq.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/