İDMAN

Qattuzo İtaliya millisinin baş məşqçisi təyin edilib

2006-cı ilin dünya çempionu Cennaro Qattuzo İtaliya milli futbol komandasının baş məşqçisi təyin edilib.

“Report” xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

O, bu postda 2023-cü ildən rəhbərlik edən Luçano Spalettini əvəz edib.

“Qattuzo İtaliya futbolunun simvoludur. Onun motivasiyası, peşəkarlığı və təcrübəsi milli komandanın qarşıdakı tapşırıqların öhdəsindən ən yaxşı şəkildə gəlmək üçün əsas olacaq. Əldə etmək istədiyimiz məqsədin vacibliyini dərk edərək, ona bu çağırışı qəbul etdiyi üçün təşəkkür edirəm”, – İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bildirib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir