İraq XİN: Yaxın Şərqdə gərginlik səbəbindən neftin qiyməti 300 dollara qədər yüksələ bilər
İran və İsrailin hərbi qarşıdurması nəticəsində Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin bir barelinin qiymətinin 200-300 dollara qalxmasına səbəb ola bilər.
“Report”un İraqın İNA agentliyinə istinadən məlumatına görə, bunu İraqın Baş nazirin müavini, xarici işlər naziri Fuad Hüseyn Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yohan Vadeful ilə telefon danışığında bildirib.
“Regionda münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara səbəb ola bilər. Hərbi əməliyyatların başlayacağı təqdirdə neftin bir barelinin qiyməti 200-300 dollara qədər yüksələ bilər”, – agentlik F.Hüseynin sözlərini sitat gətirib.
Mənbə: Report.Az