SİYASƏT

“Vəhdət” Partiyasının növbədənkənar VI qurultayı keçirilib

“Vəhdət” Partiyasının növbədənkənar VI qurultayı keçirilib.

“Report” xəbər verir ki, qurultayda ölkənin bütün rayonlarından seçilmiş 510 nümayəndə iştirak edib.

Qurultayın əsas qərarı ilə Adəm İsmayıl Bakuvi tam səs çoxluğu, açıq səsvermə yolu ilə partiyanın yeni sədri seçilib. Yeni sədr qurultay qarşısında öz siyasi platformasını və “Vəhdət” Partiyasının strateji hədəflərini təqdim edib.

Tədbirin sonunda qurultay nümayəndələri Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olunub və milli birliyə çağırış yer alıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir