BƏLƏDİYYƏ

Bakı bələdiyyələrinin büdcə gəlirlərinin 66.6 faizi əmlak vergisindən daxil olub

Bakı bələdiyyələrinin büdcə gəlirlərinin 66.6 faizi əmlak vergisindən daxil olub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata
görə, 2024-ci ildə
Bakıda formalaşan 53  bələdiyyənin büdcə
gəliri 19.859.700 olub. Bu 2023-ci llə müqayisədə 19.8 faiz çox deməkdir. Qeyd edək ki,
2023-ci ildə Bakı bələdiyyələrin büdcə gəliri 16.576.600  manat olub. 
Əldə edilən gəlirlərin 76.4 faizi vergilərdən, 23.6 faizi isə
rüsumlardan olub. 

Büdcə
gəlirinin 9.7 faizi torpaq, 66.6 faizi isə əmlak vergisindən daxil olub.

Bakı
bələdiyyələrinin büdcə gəlirinin 2.7 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,
icarəsindən və istifadəyə verilməsindən, 10.5 faizi mehmanxana, turizm,
kurort-sanatoriya xidmətlərindən, 0.4 faiz bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər
xidmətlərə görə ödənişlərdən,  0.7 faizi
avtodaynacaqlardan, 0.2 fiziki və hüquqı şəxslərin maliyyə yardımlarından daxil
olub.

 Bakı bələdiyyələrinə ötən il  1.543.200 manat dotasiya v subvensiya ayrılıb.

İl ərzində mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən
daxil olan ödənişlərin həcmini 34.8 faiz, əmlak vergisinin həcmini 29.4 faiz, torpaq  vergisinin həcmini isə 15.3 faiz  artıb.

Ötən
il bələdiyyə müəssisələrindən mənfəət vergisi daxil olmayıb. Bununla
yanaşı daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı
ödənişlər həcmi cəmi 700 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq
sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə
ödənişlərin həcmi isə 75.100 manat, bələdiyyə əmlakının icarəsindən və istifadəyə
verilməsindən daxil olan vəsatin həcmi isə  532.900 manat təşkil edib.

İlk dəfədir
ki, Bakı bələdiyyələrin büdcə gəliri ümumilikdə 20 milyon manata yaxınlaşıb.
Əldə edilən maliyyə vəsaitinin 9 milyon manata yaxın bir hissəsini isə Xətai, Nəsimi, Nərimanov,
Yasamal, Səbail  bələdiyyəsi əldə edib.

Belediyye.info  

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir