BƏLƏDİYYƏ

Arzu Aslanova: “Bu gün bələdiyyənin cəmiyyətdə nüfuzunun artması üçün bələdiyyənin səlahiyyət dairəsinə yenidən baxılmasına ehtiyac vardır” 

Arzu Aslanova: “Bu gün bələdiyyənin cəmiyyətdə nüfuzunun artması üçün bələdiyyənin səlahiyyət dairəsinə yenidən baxılmasına ehtiyac vardır” 

“Fevral ayının 18-dən may ayının 31-nə kimi bələdiyyənin əldə etdiyi  maliyyə vəsaitinin həcmi 29.000 manata  yaxın olub”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Zığ  bələdiyyəsinin sədri Arzu Aslanova deyib.

Sədr bildirib ki,  budcə gəlirlərinin artmasında əsas səbəb vergi xidmətində çalışan əməkdaşların  maariflənməsinin,  vətəndaş-bələdiyyə münasibətlərinin sivli müstəvi üzərində qurulmasının və vergi-uçot sisteminin təşkilinin optimallaşması üçün qulluqçulara  həvəsləndirici addımların atılması əsas rol oynayıb. 

Hazırda bələdiyyənin DSMF-yə hər hansı borcunun olmadığını deyən xanım sədr, son illərdə bələdiyyədə vergi- uçot sistemin qurulduğunu və əvvəlki illərdən yığlıb qalmış kifayət qədər DSMF borcunun silindiyini qeyd edib.  Hazırda bələdiyyənin vergi xidməti ciddi şəkildə büdcə gəlirlərinin artması istiqamətində addımlar atır.

Bu gün bələdiyyənin cəmiyyətdə nüfuzunun artırılması üçün, habelə  əhalinin çoxsaylı qlobal problemlərini həll edə bilməsi üçün bələdiyyənin səlahiyyət  dairəsinə yenidən baxılmasına ehtiyac vardır. Bununla yanaşı  bələdiyyəyə ərazisində olan hüquqi şəxslərin əmlak və torpaq vergilərini bələdiyyəyə ödənilməsinin təminatı gələcəkdə bələdiyyə büdcəsinin artmasına və nəticə etibari ilə sakinlərin qaldırdığı problemlərin sürətli həllinə şərait yaratmış olacaqdır.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir