BƏLƏDİYYƏ

“ADA Universitetinin tələbələri Nərimanov bələdiyyəsində təcrübə keçirlər” 

“ADA Universitetinin tələbələri Nərimanov bələdiyyəsində təcrübə keçirlər”

 

Bu
barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev
bildirib.

Sədr
bildirib ki, təcrübənin Nərimanov bələdiyyəsində  keçirilməsinin əsas məqsədi gələcək menecerlərin
ali təhsil müəssisələrində aldıqları nəzəri bilikləri real tədris şəraitində tətbiq
etmək, praktiki bacarıqlar qazanmaq, onların peşə qabiliyyətlərini yüksəltməkdən
ibarətdir.

Təcrübə
zamanı tələbələr təhsil aldığı ixtisasın istiqamətlərindən, xüsusiyyətlərindən
asılı olaraq bələdiyyədə yeni texnologiyalarla, iş üsulları və təhsilin müasir
tələbləri ilə tanış olacaq, qazandıqları bilikləri bacarıqlara çevirmək imkanı əldə
edəcəklər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir