Şahbaz Şərif İran və İsrail arasında gərginliyin daha da artmasının qarşısını almağa çağırıb
Pakistanın Baş naziri Şahbaz Şərif İsrailin İrana hücumunu pisləyib.
“Rerport”un məlumatına görə, o, hücumlar nəticəsində həlak olanlarla əlaqədar İrana başsağlığı verib.
“Biz beynəlxalq ictimaiyyəti və BMT-ni regional və qlobal sülhü təhlükə altına ala biləcək gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq”, – o bildirib.
Mənbə: Report.Az