Maqadanda keçirilən “Dostluq ərazisi” festivalında Azərbaycan təmsil olunub
İyunun 12-də Rusiyanın Maqadan şəhərində “Rusiya günü” bayramına həsr olunmuş “Dostluq ərazisi” festivalı keçirilmişdir.
Diaspornews.az xəbər verir ki, həmin gün xalqların dostluğu, mədəniyyətlərin, dillərin və adət-ənənələrin müxtəlifliyi qeyd edilib. Tədbirlə bağlı Maqadan vilayətinin “Birlik” Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramil Rəhimov təəssüratlarını bölüşüb: “Biz hər il “Dostluq ərazisi” festivalında iştirak edir, ən yaxşı yeməklərimizi hazırlayırıq, Azərbaycanın adət-ənənələri, mədəniyyəti haqqında danışırıq.
Bu il şəhər sakinlərini milli xörəklərlə yedizdirdik, 850-dən çox insan Azərbaycanın milli mətbəxinin müxtəlif nümunələrindən dadıb.
Qoy bu bayram bizi ümumi rifahımız naminə yeni nailiyyətlərə ruhlandırsın!”.
Qeyd edək ki, tədbirdə Maqadan vilayətinin qubernatoru Sergey Konstantinoviç Nosov və şəhər meri Larisa Oleqovna Polikanova iştirak ediblər. Onlar Azərbaycan guşəsində olub, milli mətbəximizin nümunələrini dadıblar. “Birlik” təşkilatının Ağsaqqallar Şurasının sədri Mikayıl Səlimov və sədr müavini Əşrəf Kərimov qonaqlara Azərbaycan haqqında geniş məlumat veriblər.
Mənbə: Diaspornews.Az