Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Lüksemburqa məğlub olub
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyunlarını keçirib.
“Report”un məlumatına görə, Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşan yığma rəqibinə 0:3 hesabı ilə uduzub.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda daha əvvəl İsveçə uduzub (0:3), Gürcüstan seçməsini isə məğlub edib – 3:0.
Mənbə: Report.Az