BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir”

Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir”

“Bu gün hər bir bələdiyyə, o cümlədən Nərimanov bələdiyyəsi maliyyə imkanları çərçivəsində addım atır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə olaraq əldə olunan maliyyə vəsaitinin böyük bir qismini məhz vətəndaş müraciətlərin həllinə yönəldirik.
Bələdiyyə iclaslarında müzakirəyə çıxarılan məsələlərin böyük bir qismi məhz vətəndaşların qaldırdığı problemlərin həlli ilə bağlıdır.
Bu günlərdə məhz vətəndaş müraciətləti əsasında rayonun İslam Abışov küçəsində asfalt işləri aparılaraq küçənin böyük bir hissəsində həm təmizlik işləri aparılmış, həm də asfalt işləri görülmüşdür.
Sədr əlavə edib ki, adıçəkilən küçənin bir hissəsinə ötən il asfalt vurulmuşdu. Bu il isə davamı olaraq artıq küçəyə başdan-başa asfalt vurulmuşdur.
Layihə üzrə görülən işlər bazar günü başa çatdırılmışdır.
Təmraz Tağıyev qeyd edib ki, “Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir.”
Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir