İDMAN

“Qarabağ”ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib

“Qarabağ”ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

Klubdan “Report”a verilən məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunacaq təlim-məşq toplanışında “Zirə” ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma “Azersun Arena”da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək “köhlən atlar” hazırlığını Avstriyada davam etdirəcək.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir