İDMAN

Robert Levandovski keçmiş agentini məhkəməyə verib

İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski ondan 20 milyon avro tələb etməsi iddiası ilə keçmiş agenti Sezari Kuçarskini məhkəməyə verib.

“Report” xəbər verir ki, bu barədə “Sport Interia” məlumat yayıb.

Kataloniya klubunun ön xətt oyunçusu məhkəmədə verdiyi ifadəsində Kuçarskinin ondan pul tələb etdiyini bildirib.

Agent isə bütün ittihamları rədd edib.

Qeyd edək ki, tərəflər arasında mübahisə polşalı hücumçunun Almaniyanın “Bavariya” klubunda oynadığı dönəmdən başlayıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir