Mingəçevir bələdiyyəsində seminar-müşavirə keçirilib
Mingəçevir bələdiyyəsində seminar-müşavirə keçirilib
Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları Rövşən Məhərrəmov və Emin Cəlalovun iştirakı ilə Mingəçevir bələdiyyəsində seminar-müşavirə keçirilib. Bu barədə məlumat Mingəçevir bələdiyyəsindən daxil olub.
Qeyd edək ki, müşavirədə Mingəçevir bələdiyyəsinin üzv və qulluqçuları iştirak ediblər. Bələdiyyənin sədri Anar İsmayılov giriş nitqi ilə həm də seminarın gündəliyi barədə məlumat verdi. Seminar-müşavirədə aşağıdakı mövzular üzrə fikir mübadiləsi aparıldı:
-“Konstitusiya və Suverenlik ili” ilə bağlı keçirilmiş və nəzərdə tutulmuş tədbirlər barədə;
-Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında;
-“Bələdiyyə torpaqlarının idarə olunması” haqqında Azərbaycan Respublikası Qanununun icrası barədə;
– Bələdiyyə Nizamnamələrinin yenilənməsi barədə;
– Bələdiyyə büdcəsinin formalaşdırılması üçün səylərin artırılması ilə bağlı tövsiyələr;
– Bələdiyyənin fəaliyyətində hesabatlılıq və şəffaflığın gözlənilməsi barədə;
– Bələdiyyənin həyata keçirdiyi sosial, iqtisadi və ekoloji layihələrin ictimailəşdirilməsinin vacibliyi haqqında.
Seminar -müşavirəyə müzakirə olunan mövzular ətrafında sual-cavabla yekunlaşıb.
Mənbə: Meneviyyat.Az/