Ermənistanda yaşayış binasında partlayış olub, ölənlərin sayı üç nəfərə çatıb
Ermənistanın Çəmbərək şəhərində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Xilasedicilər dağıntılar altından daha bir meyit çıxarıblar”, – qurumdan bildirilib.
Mənbə: Report.Az