DÜNYA

Darçiyev: Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi Moskvada keçiriləcək

Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “qıcıqlandırıcıların” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəkı səfiri Aleksandr Darçiyev bildirib.

“Rusiya – ABŞ münasibətlərinin bərpasına hələ çox vaxt var. Prosesin özü də çətinliklə gedir. Təkcə “dərin dövlət” timsalında Ağ evin əleyhdarları deyil, həm də sabit anti-Rusiya lobbisinin formalaşdığı Konqresdəki “şahinlər” tərəfindən ləngidir”, – Darçiyev qeyd edib.

“Ancaq bu, tamamilə geriyə çevrilə bilən olsa da, irəliyə doğru hərəkətin olması vacibdir. Bu, aprelin 10-da İstanbulda keçirilmiş məsləhətləşmələrin son raundunda onların paytaxtlarına köçürülməsi ilə bağlı ilkin qərar kimi nəzərə çarpan nəticə ilə ölçülür”, – o bildirib.

Darçiyev təsdiq edib ki, nümayəndə heyətləri arasında növbəti danışıqlar çox yaxın vaxtlarda Moskvada baş tutacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir