SİYASƏT

Səfir: Azərbaycan və Çin dövlət orqanlarının qarşılıqlı əlaqələri münasibətlərin inkişafını təmin edəcək

Azərbaycan və Çinin müxtəlif dövlət orqanları və regionları hazırda iki ölkənin liderlərinin – Prezident İlham Əliyev və Çin Sədri Si Cinpinin razılaşmalarının həyata keçirilməsi ilə məşğuldurlar.

“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, Bakıda səfir vəzifəsinə təyin olunduğu vaxtdan etibarən Azərbaycanın yüksək vəzifəli nümayəndələri ilə bir sıra görüşlər keçirib.

“Biz iki ölkə arasında münasibətlərin inkişafını ətraflı müzakirə etdik. Hazırda hər iki ölkənin müxtəlif qurumları və regionları iki liderin razılaşmalarını fəal şəkildə həyata keçirirlər. Bu da bütün istiqamətlərdə əməkdaşlığın irəliləməsinə kömək edir”, – Lu Mey əlavə edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir