KİV: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini dayandırmaq niyyətində deyil
ABŞ hakimiyyəti hələ ki, Ukraynaya peyk kəşfiyyatı məlumatlarının verilməsini dayandırmaq niyyətində deyil.
“Report” xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın mənbələrə istinadən yazır.
“(Tramp administrasiyası – red.) Ukraynanın ABŞ-nin peyk kəşfiyyatına çıxışını dayandırmayacaq. Bu peyk görüntüləri Ukrayna üçün açardır”, – məqalədə bildirilir.
Nəşr həmçinin hesab edir ki, ABŞ Kiyevə əvvəllər göstərilən yardımın davamını təklif edə bilər.
Üstəlik, qeyd olunub ki, Tramp çox güman ki, Rusiya- Ukrayna müharibəsinin bitməsi üçün diplomatik səylərdə fəal iştirakını dayandıracaq və həm Kiyevi, həm də Moskvanı “tapşırdığı kimi etməməkdə” günahlandıracaq.
Mənbə: Report.Az