Elşad Vəliyev: “Xətai bələdiyyəsi növbəti sosial layihəyə imza atıb”
Elşad Vəliyev: “Xətai bələdiyyəsi növbəti sosial layihəyə imza atıb”
“Xətai
bələdiyyəsinin kollektivi ənənəvi olaraq Ramazan ayında hər il Bakıdakı 3 saylı
Uşaq Evini ziyarət edir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev
bildirib.
Bu
günlərdə keçirilən ziyarətdə Milli Məclsinin üzvü Pərvanə Vəliyeva, Xətai RİH-in və Xətai bələdiyyəsinin üzv və
qulluqçuları iştirak ediblər.
Xətai
bələdiyyəsi hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum
olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr təqdim edib. Uşaqların təhsil
alıb yaşadığı bu məkanda uşaqlar üçün yaradılmış şərait təqdirəlayiqdir.
Görüşdə
uşaqlar üçün əyləncəli və musiqili proram təqdim edilib. Heyət tərəfindən təşkil
olunan intellektual və əyləncəli oyunlar uşaqların geniş marağına səbəb olub.
Daha
sonra uşaqlara çoxlu sayda hədiyyələr
paylanılıb.
Tədbirdə
xatirə şəkilləri çəkildi.
Belediyye.info