SİYASƏT

Azərbaycanın İspaniyadakı səfiri və Madrid meri birgə layihələri müzakirə ediblər

Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Madrid meri Xose Luis Martines-Almeyda ilə görüş keçirib.

“Report” diplomatik missiyanın sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Bakı və Madrid arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Tərəflər iki şəhər arasında birbaşa əlaqələrin gücləndirilməsinə yönəlmiş praktiki və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə maraq ifadə ediblər.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir