Rusiyanın bir sıra hava limanlarında uçuş məhdudiyyətləri ləğv edilib – YENİLƏNİB
Rusiyanın dörd şəhərinin hava limanları təyyarələrin eniş-uçuşuna qoyulan məhdudiyyətləri aradan qaldırıb.
“Report”un Rusiya Aviasiyasının Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nijni Novqorod, Saratov, Tambov və Kazan hava limanlarında uçuşlar bərpa edilib.
“Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib”, – məlumatda deyilir.
Rusiyanın Kazan, Nijni Novqorod, Saratov və Tambov şəhərlərindəki hava limanları uçuşların təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Bu barədə “Report” Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijni Novqorod (Strigino), Saratov (Qaqarin), Tambov (Donskoye) hava limanlarında onların qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir”, – məlumatda deyilir.
Mənbə: Report.Az