Ronaldu: Karyeramın sonuna yaxınam
Karyeramın sonuna daha yaxınam.
“Report” xəbər verir ki, bunu Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu komandasının UEFA Millətlər Liqasının finalında qələbə qazanmasından sonra millidəki gələcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Siz bilirsiniz mənim neçə yaşım var, aydındır, karyeramın sonuna daha yaxınam, nəinki əvvəlinə. Amma hər andan həzz almalıyam. Əgər ciddi zədə almasam, oynamağa davam edəcəyəm”, – Ronaldu vurğulayıb.
Qeyd edək ki, turnirin həlledici oyununda Portuqaliya millisi İspaniya yığmasın qalib gəlib (2:2, 5:3 penaltilər.). Ronaldu bu qarşılaşmada 1 qol vurub.
Matçda zədələnən Ronaldu 88-ci dəqiqədə əvəzlənib. Qırx yaşlı futbolçu Portuqaliya millisi ilə üçüncü titulunu qazanıb.
Mənbə: Report.Az