Los-Ancelesdə etiraz aksiyaları zamanı iki polis əməkdaşı yaralanıb
Bazar günü ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində qanunsuz miqrantların kütləvi şəkildə saxlanılmasına qarşı etirazlar zamanı iki polis əməkdaşı xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə yerli polis “X” sosial şəbəkəsində məlumat yayıb.
Polisin məlumatına görə, motosikletdə olan iki nəfər halqanı yarmağa çalışıb, nəticədə iki asayiş keşikçisi xəsarət alıb. “Hər iki sürücü saxlanılıb. Polis əməkdaşlarına hadisə yerində tibbi yardım göstərilir”, – məlumatda deyilir.
Hüquq-mühafizə orqanları Los-Ancelesin əsas avtomobil yolunu boşaltmağa çalışırlar. Yerli KİV-in məlumatına görə, etirazçılar polis əməkdaşları ilə toqquşub, onlara şüşə və daş atırlar. İğtişaşçılar azı beş avtomobili yandırıblar.
Mənbə: Report.Az