DÜNYA

Kaliforniyada iğtişaşlar zamanı 80-dən çox etirazçı saxlanılıb – YENİLƏNİB

Kaliforniyada iğtişaşlar zamanı 80-dən çox etirazçı saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə CNN telekanalı şəhər polis rəisi Cim Makdonnellə istinadən xəbər verir.

“Bazar günü Los-Anceləsin mərkəzində ümumilikdə 27 nəfər saxlanılıb”, – o bildirib.

Bundan başqa, San-Fransiskoda dünən təxminən 60 etirazçı, o cümlədən yetkinlik yaşına çatmayan şəxslər saxlanılıb.

12:08

Los-Anceles (ABŞ) səlahiyyətliləri ötən həftə sonu ən azı 56 etirazçının saxlanıldığını bildirib.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Saxlanılanlardan biri polisə “Molotov” kokteyli atıb, digəri isə motosikletlə hüquq-mühafizə orqanı əməkdaşının üstünə sürməkdə ittiham olunur.

Polis rəisi Cim Makdonell iyunun 7-də polis əməkdaşlarının 29 nəfəri saxladığını bildirib. Polis Departamentinin kapitanı Raul Covel növbəti gün polis əməkdaşlarının Los-Ancelesdə daha on nəfəri saxladığını bildirib.

Bundan başqa, Qərb sahili boyunca Kaliforniyadan Vaşinqton ştatına gedən magistral yolda yol patrul xidməti tərəfindən 17 nəfər saxlanılıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir