DÜNYA

Başqırdıstanda fərdi evdə yanğın zamanı üç uşaq həlak olub

Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq həlak olub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

“Başqırdıstan FHN-ə Baltaçevo rayonunun Starobaltaçevo kəndində taxta verandalı fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı evdə 16, 9 və 3 yaşlı uşaqların meyitləri aşkar edilib”, – nazirlikdən bildirilib.

Yanğının səbəbləri nazirliyin regional baş idarəsinin işçi qrupu, müstəntiqlər və yanğın-sınaq laboratoriyasının eksperti tərəfindən müəyyən ediləcək.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir