İDMAN

Üçqat olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirib

Kanadalı üçqat olimpiya çempionu Sammer Makintoş 400 metrə sərbəst üsulla üzmək üzrə yeni dünya rekordu müəyyənləşdirib.

“Report” xəbər verir ki, 18 yaşlı idmançı Kanadada keçirilən yarışda məsafəni 3 dəqiqə 54,18 saniyəyə qət edib.

Bundan əvvəlki dünya rekordu (3 dəqiqə 55,38 saniyə) avstraliyalı dördqat olimpiya çempionu Ariarna Titmusa məxsus idi.

Makintoş daha bir dünya rekorduna sahibdir. O, 16 yaşında 400 metr məsafəyə kompleks üsulla üzmək (4 dəqiqə 24,38 saniyə) üzrə fərqlənib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir