“Tiktoker” Xabi Leym ABŞ-da hava limanında saxlanılıb
ABŞ-nin immiqrasiya və gömrük mühafizəsi “tiktoker” Xabi Leymi Las-Veqas hava limanında viza qaydalarını pozduğu üçün saxlayıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Qeyd olunub ki, Xabi iyunun 6-da Las-Veqasdakı Harri Rid beynəlxalq hava limanında viza müddəti bitdiyinə görə saxlanılıb. Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ı tərk etməyə icazə verilib.
“TikTok sosial” şəbəkəsinin məlumatına görə, tətbiqdəki abunəçilərin sayına görə italiyalı bloger Leym birinci yerdədir. Onun 162 milyondan çox abunəçisi var.
Mənbə: Report.Az