Hava limanında yoxa çıxan baqajların sonrakı aqibəti
Statistikaya görə, hər il AZAL-ın reyslərində ortalama 2 000-2 500 çamadan itə bilir.
Daha sonra müvafiq qaydada axtarış prosesi başlayır. Baqaj axtarışı üzrə agent Mehriban Əsgərovanın sözlərinə görə, ilk mərhələdə yerli axtarış həyata keçirilir:
“Yerli axtarışlara lentin yoxlanılması, bunker ərazisinin, təyyarənin bort hissəsinin və perronun araşdırılması daxildir. Əgər bu yoxlamaların nəticəsində sərnişinin baqajının ümumiyyətlə gəlmədiyi müəyyənləşərsə, o zaman PIR (Bağlamanın Axtarışı Aktı) sənədi tərtib olunur. Bu sənəddə sərnişinin əsas məlumatları, baqaj birkasının nömrəsi, tipi, çəkisi, sərnişinin əlaqə nömrələri və eyni zamanda bizim əlaqə vasitələrimiz qeyd olunur ki, sərnişin baqajı barədə məlumat ala bilsin. Baqaj tapıldıqda sərnişinə dərhal xəbər verilir və qeyd etdiyi ünvana çatdırılır”. /yenisabah.az/
Mənbə: Turkustan.Az