Bu gün UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşəcək
Bu gün UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşəcək.
“Report” xəbər verir ki, əvəlcə üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa yığmaları münasibətləri aydınlaşdıracaqlar.
Bu oyun saat 17:00-da Ştutqart şəhərində baş tutacaq.
Həlledici qarşılaşmada isə Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Matç saat 23:00-da Münhendə start götürəcək.
Mənbə: Report.Az